`Çirkli pul`a görə iki nazir istefa verdi

Hollandiyada Ədliyyə və Təhlükəsizlik naziri İvo Opstelten ilə Dövlət Katibi Fred Teeven "çirkli pul yumaq" hadisələrinə qarışdıqları iddialarından sonra istefa vermək məcburiyyətində qalıb.
 
Maide.az xəbər verir ki, İvo Opsteltenin 2001-ci ildə aparılan "çirkli pul" işinə birbaşa vasitəçilik etdiyi, məsələ ilə bağlı məlumat və sənədlərin olduğu iddia edilib. Hollandiya Nümayəndələr Məclisinin mətbuat mərkəzi "Nieuwsoortt"da konfrans keçirən Opstelten bütün məsuliyyəti üzərinə götürdüyünü bildirərək, istefa verdiyini deyib. Dövlət katibi Fred Teeven də 2001-ci ildə baş verən həmin hadisə ilə bağlı məsuliyyətinin olduğunu, bu saatdan sonra özünün də vəzifədə qalmasının doğru olmayacağını qeyd edib.
 
Hollandiya mətbuatında yer alan xəbərlərə görə, 2001-ci ildə prokuror işləyən Fred Teeven vəzifə səlahiyyəti vaxtı cinayət təşkilatına "çirkli pul" yumaqda kömək olub. Teevenin Cees H. adlı narkotik baronuna 4,7 milyon Hollandiya florinini yumasına kömək etdiyi qeyd olunub. Dövlətin bu çirkli pul yumaq işindən 750 min florin gəlir əldə etdiyi bildirilir.

Google+ WhatsApp ok.ru