Jirinovski: Savçenkonu güllələmək, Kiyevi bombalamaq! – VİDEO

Rusiyanın Dövlət Dumasının deputatı Vladimir Jirinovski raketləri Avropa paytaxtlarına tuşlamağı və ukraynalı təyyarəçi və deputat Nadejda Savçenkonu güllələməyə çağırıb. 
 
Bu barədə o, iyunun 3-də “Prezident-2042” teelviziya layihəsində rusiyalı gənclər qarşısında çıxışında bəyan edib. 
 
Onun sözlərinə görə, raket qüvvələrini Avropa paytaxtlarına tuşlamaq lazımdır, o zaman Qərb dərhal geri çəkiləcək. 
 
“Rus çarı hər şeyi düz edib və bu gün ölkə hər şeyi düz edir. Donbassı bombalayacağıq, Kiyevi də. Təxribatlar törədəcəksiz, siz Aleksey Mozqovoyu öldürmüsüz, biz Saakaşvilidən başlayaraq bütün sizin qubernatorları güllədən keçirəcəyik.
 
Şoyqu, raket qüvvələrini hazır vəziyyətə gətir! Berlin, Brüssel, London, Vaşinqtona tuşla! O zaman onlar qorxacaqlar, Avropada da, Ukraynada da fərqli vəziyyət olacaq”, - Jirinovski deyib. 
 
Siyasətçi həmçinin Moskvada həbsdə olan ukraynalı təyyarəçi və deputat Nadejda Savçenkonu güllələməyə çağırıb. 
 
“Elə sabah Savçenkonu güllələmək lazımdır, sonra isə onu Belqorodda asmaq lazımdır”, - qəzəbli Jirinovski deyib.  


(oxu.az)

Google+ WhatsApp ok.ru