Kərbəladan dönən şiələr həbs edildilər

Qahirə Hava Limanı rəsmiləri Kərbəla ziyarətindən qayıdan 30 nəfərlik şiə heyətini həbs edib və pasportları əllərindən alınıb.
 
Maide.az xəbər verir ki, Misirli şiə nümayəndə heyətinin üzvlərindən olan Kamal Hüseyn belə deyib: "Şəhidlər ağası İmam Hüseyni (ə) ziyarət etmək üçün Kərbəlaya getmişdik. Ziyarətimizi edib qayıtdıq. Ancaq ölkəmizə daxil olarkən Qahirə Hava Limanı rəsmiləri pasportlarımızı əlimizdən aldı və bizi həbs etdi. Hazırda heç bir günah etmədiyimiz halda, mühakimə olunacağımız vaxtı gözləyirik."
 
Xatırladaq ki, Hava Limanı rəsmiləri bir həftə əvvəl də Kərbəla səfərindən qayıdan Misirli şiələri həbs etmişdir. Amma onlar 3 saat saxlandıqdan sonra ifadələri alınaraq, azad edilmişdilər.

Google+ WhatsApp ok.ru