Kərbəla, Nəcəf və Kazimeyndə 6 kilinika və bir xəstəxana tikiləcək

İran İraqın müqəddəs ziyarətgahları olan şəhərlərində 6 kilinika və bir xəstəxana tikəcək. Bunu İranın qırmızı aypara cəmiyyətinin rəsmisi Əli Murəşi deyib. 
Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, Ə.Murəşi deyib ki, hazırda İranın Qırmızı Aypara Cəmiyyəti Kərbəlada kilinikanın tikintisinə başlayıb. “Xeyriyyəçilərin yardımı ilə  müqəddəs məkanlarda 6 kilinika tikiləcək. Bu kilinikalardan 3-ü Kərbəlada, ikisi Nəcəfdə və biri Kazemeyndə tikiləcək”.
Ə.Murəşi əlavə edib ki, hər il milyonlarla zəvvar Kərbəlaya ziyarətə gəlir, elə buna görə də bu şəhərdə böyük bir xəstəxana da tikiləcək. 
Qeyd edək ki, bundan öncə İranın Qırmızı Aypara Cəmiyyətinin sədr müavini Əli Heydəri demişdi ki, İran İraqın Kərbəla şəhərində ixtisaslaşdırılmış göz xəstəxanası, Nəcəf şəhərində isə ixtisaslaşdırılmış dializ və böyrək xəstəxanası tikəcək.
Heydəri demişdi ki, İraq Səhiyyə Nazirliyi həmin xəstəxanaların tikilməsinə artıq razılıq verib və sənədləşmə işləri aparılır. "Kərbəla şəhərində tikiləcək xəstəxana 16 mərtəbəli olacaq. Bunun üçün artıq 300 kvadratmetr yer ayrılıb. Hazırda işlər gedir və ümid edirik ki, xəstəxananın tikintisi 18 aya ərzində başa çatacaq və istifadəyə veriləcək", - o qeyd etmişdi./
 

Google+ WhatsApp ok.ru