Kəbə imamından dəhşətli çağırış!

Bu günlərdə sosial mediada Məscidul-Həramın imamı Abdurrahman Sudeysinin dəhşətli açıqlamalar dolu videosu yayılıb.
 
Maide.az "Shafaqna" saytına istinadən xəbər verir ki, Kəbənin vəhabi imamı şiələr və sünnilər arasında ədavəti ən kəskin şəkildə qızışdıraraq onlar arasında amansız bir savaş olduğunu iddia edir və hər kəsi şiələrə qarşı müharibəyə səsləyir.
 
Sudeysi çıxışında məzhəb ixtilaflarını qızışdıraraq sünnilərə xitab edərək belə deyir: "Artıq boş şüarlardan çəkinin və şiələrə qarşı müharibəyə hazırlaşın!".
 
Abdurrahman Sudeysi Səudiyyə və müttəfiq ölkələrin koalisiyasının Yəmənə daxil olmasına da işarə edərək, artıq məzhəb savaşının başladığını iddia edir. "Ərəb ölkələri arasında təsis edilmiş bu koalisiya məzhəb savaşına hazırlıqdır. Hər kəs bunu belə bilməli və qəbul etməlidir! Media, qəzet və mətbuata ötürülən təbliğatı bir kənara buraxıb gerçək savaşa hazırlaşın. Şiəliyin yayılmasının qarşısını almaq üçün müqavimət göstərin!", - deyə Kəbənin vəhabi imamı bildirib.
 
Qeyd edək ki, Sudeysi öz təyin edildiyi məqamdan istifadə edərək öncələr də çıxışlarında Kəbə ziyarətçilərini inanclarından vaz keçərək vəhabi əqidəsini qəbul etməyə çağırıb.

Google+ WhatsApp ok.ru