Rusiya gəmisi batıb: çox sayda ölən var 02 Aprel 2015 01:00 Dünya Oxot dənizində Rusiyaya məxsus gəmi batıb. Oxot dənizində "Dalni Vostok" adlı balıq ovlayanların gəmisinin batması nəticəsində ölənlərin sayı 54-ə çatıb. Kamçatka yarımadasına yaxın bölgədə baş verən qəza zamanı gəmidə olan 130 sərnişin və şəxsi heyyətdən hələlik 63-ü xilas edilib, 15 nəfərin axtarışı isə davam etdirilir. Onların batmış gəminin anbar hissəsində ola biləcəyi güman edilir. Xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə qəza bölgəsinə 26 gəmi göndərilib. Hadisə baş verən ərazidə dalğa hündürlüyünün 1.5 metrə çatdığı, suyun temperaturunun 0 dərəcədən aşağı olduğu vurğulanır. Qeyd edək ki, "Dalni Vostok" gəmisinin içərisində Rusiya, Litva, Myanma, Ukrayna və Vanuatu vətəndaşlarının olduğu bildirilir. Teqlər : #Rusiya gəmisi batıb: çox sayda ölən var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İstanbulda gecə əməliyyatı Kəbə imamından dəhşətli çağırış!
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO