Rus təyyarələri İŞİD-in komandanlıq mərkəzini məhv etdi

Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov Rusiya Aviasiya və Kosmik Qüvvələrinə bağlı döyüş təyyarələrinin Suriyada İŞİD-ə aid 8 bazanı vurduğunu açıqlayıb.
 
Maide.az xəbər verir ki, general-mayor, "Hava hücumları nəticəsində sursat, silah, yanacaq və hərbi təchizat anbarları vuruldu. İŞİD terrorçularının dağlıq bölgədəki komandanlıq mərkəzləri də tamamilə məhv edilib", - deyib.
 
Konaşenkov bütün hücumların kəşfiyyat uçuşları aparıldıqdan sonra və Suriya ordu qərargahından alınan məlumatlar əsasında tərtib olunduğunu da sözlərinə əlavə edib. Müdafiə Nazirliyi sözçüsü, "Rus təyyarələrində silahlar mülki infrastruktur obyektlərinə qarşı istifadə edilmədi", - deyə vurğulanıb.

Google+ WhatsApp ok.ru