Kəşmirdə mitinqlər davam edir, polis güc tətbiq edib

Kəşmirdə mitinqlər davam edir, polis güc tətbiq edib

Hindistan ordusunun atəşi nəticəsində iki dinc sakinin həlak olmasının ardınca Kəşmir xalqı ötən gün yenindən  mitinqlərə başlayıb. 
 
Maide.Az xəbər verir ki, Hindistan polisi elan edib ki, ötən gün Kəşmirin minlərlə əhalisi  Seringər və Pampur bölgəsində küçələrə axışıb və Hindistan əleyhinə şüarlar səsləndirib. 
 
Pampur əhalisi bildirir ki,polis mitinq iştirakçılarına qarşı göz yaşardıcı qazlardan istifadə edib. 
 
Qeyd edək ki, ötən aylar ərzində Kəşmirdə Hindistan hökuməti əleyhinə geniş miqyaslı etiraz aksiyaları keçirilib. İndiyədək bu
aksiyalar zamanı 50-dən çox insan həlak olub və minlərlə insan yaralanıb. 
 

Google+ WhatsApp ok.ru