Kamerunda iki ayrı terror aktında ən azı 4 nəfər həlak olub

Vaza şəhər merinin müavini Mişel Umaro çərşənbə günü deyib: Ötən gecə Kamerunun şimalının ucqar bölgələrindən olan Vaza şəhərində iki terror aktı törədilməsi nəticəsində 7 nəfər, o cümlədən 3 terrorist öldürülüb.
Maide.az xəbər verir ki, təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, terroristlərdən biri olan qadın təhlükəsizlik qüvvələrinin açdığı atəşlə öldürülüb.
İki təhlükəsizlik qaynağı bu terror aktlarını təsdiqləyiblər və onlardan birinin bildirdiyinə görə, insident nəticəsində altı mülki vətəndaş həyatlarını itirib.
Kameron təkfirçi terror qruplaşması olan Boku Haramın əsas fəaliyyət yeri sayılan Nigeriya ilə geniş sərhəddə malikdir. /
 

Google+ WhatsApp ok.ru