Rusiya Federasiya Şurasının sədri Matvienko: ` İslamofobiya 20 milyon müsəlmanın yaşadığı Rusiya üçün də böyük təhlükədir `

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko hesab edir ki, Rusiya İslamobiyaya qarşı mübarizə aparmalıdır.

Maide.az xəbər verir ki, şura sədri xüsusilə Paris olaylarından sonra bunun əhəmiyyətinin daha da artdığını qeyd edib.

"Paris terror aktından sonra islamofobiyanın artan tendensiyası müşahidə olunur. İslamofobiya 20 milyon müsəlmanın yaşadığı bizim çoxmillətli ölkəmiz üçün də böyük təhlükədir. Bu çox aydındır ki, hər şeydən əvvəl terrorçuların dini və milliyyəti olmur. Müsəlmanları qətiyyən terrorçu kimi qələmə vermək olmaz." V.Matvienko bu fikirləri Federasiya Şurası yanında keçirilən ekspertlərin "Rusiya daxilində və ətrafında miqrasiya" adlı elmi şurasında səsləndirib./

Google+ WhatsApp ok.ru