Keniyada əş-Şəbab terror saçmağa davam edir

Maide.az xəbər verir ki, Keniyada əş-Şebab təşkilatı terror saçmağa davam edir. Son olaraq ölkənin şimalındakı Mandera şəhərindəki daş karxanasına təşkil olunan hücumda 36 nəfərin öldürüldüyü bildirilir.
 
Şahidlərin bildirdiyinə görə, hücum Manderanın 15 kilometrliyində yerləşən Koromedadakı daş karxanasında həyata keçirilib.
 
Hücum ötən həftə yenə Mandera şəhərində sərnişin avtobusuna qarşı edilən terror aktından sonra baş verib. Qeyd edək ki, hadisədə 28 müsəlman faciəvi şəkildə öldürülmüşdü.
 
Keniya ordusu isə terörsitlərlə mübarizəni davam etdirir. Ötən günlərdə keçirilən əməliyyatlarda 100-dən çox əş-Şəbab terrorçusu öldürülüb.

Google+ WhatsApp ok.ru