Kolleclərə qəbul olunanların qeydiyyatı başladı

Bu gündən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb. Maide.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən bildirir ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər iyulun 14-dən 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə məlumatı daxil olduqları orta ixtisas təhsili müəssisəsindən əldə etməlidirlər.

Google+ WhatsApp ok.ru