Kubanın Vaşinqton səfiri vəzifəsinə başladı

ABŞ ilə Kuba arasında başlayan normallaşma prosesi çərçivəsində Kubanın Vaşinqtona təyin etdiyi yeni səfir Xose Cabanas rəsmi olaraq vəzifəsinə başladı

Ağ Evdə keçirilən mərasimdə Cabanas yeni təyin olunan bəzi xarici ölkə səfirləri ilə birlikdə ABŞ prezidenti Barak Obamaya etimad məktubunu təqdim edib.
 
Maide.az xəbər verir ki, Kubanın Vaşinqtondakı diplomatik nümayəndəliyini 2012-ci ildən bu yana aparan Cabanas, 54 il fasilədən sonra Kubanın Vaşinqtona təyin olunan ilk səfiri olub.
 
İki ölkə Obamanın ötən ilin dekabr ayında Kuba ilə əlaqələrin normallaşdırılmasına dair açıqlamasından sonra qarşılıqlı olaraq səfir təyinatı məsələsini müzakirə etməyə başlamışdı.

Google+ WhatsApp ok.ru