Pakistandakı döyüşdə 6 terrorçu öldürülüb

Pişəvərdə Hava Qüvvələri korpusuna qarşı silahlı hücum olub

Pakistanın şimal-qərbində Hayberpaktunhuva əyalətinin paytaxtı Pişəvərdə Hava Qüvvələri korpusuna təşkil olunan silahlı hücum zamanı 6 terrorçunun öldürüldüyü, 6 əsgərin yaralandığı bildirilir.
 
Maide.az xəbər verir ki, Pakistanın ordu sözçüsü general-mayor Asim Səlim Bacva İslamabadda verdiyi açıqlamada, "Səhərə yaxın 7-10 terrorçu Pişəvər şəhərinin Budaber səmtində Hərbi Hava Qüvvələrinə məxsus tədris korpusunun giriş qapısındakı mühafizə   dəstəsinə silahlı hücum təşkil edib. Baş verən və saatlarla davam edən silahlı qarşıdurmalarda 6 terrorçu öldürülüb, mayor Hesip daxil olmaqla 6 əsgər yaralanıb", - deyib.
 
Hadisədən sonra bölgədə başlayan əməliyyatın davam etdiyini qeyd edən Bacva, yaralı əsgərlərin hərbi xəstəxanaya aparıldığını söyləyib.
 
Bu arada, desant qoşunları və vertolyotların iştirak etdiyi əməliyyat zamanı şiddətli silahlı münaqişələrin və güclü partlayış səslərinin eşidildiyi bildirilir. Hücumun məsuliyyətini hələ üzərinə götürən olmayıb.

Google+ WhatsApp ok.ru