Küveytdə İmam Sadiq(ə) məscidində partlayışın törədilməsində ittiham edilənlərin məhkəmə iclası başladı

Maide.az xəbər verir ki, iyun ayında Küveytin İmam Sadiq (ə) məscidində partlayış törətməkdə ittiham edilənlərin məhkəmə prosesi bazar günündən start götürüb. Bu partlayışda 27 nəfər həlak olmuş, 227 nəfər isə yaralanmışdı. 
 
İmam Sadiq (ə) məscidində partlayışın törədilməsi ittihamı ilə mühakimə edilən müttəhimlərin sayı 29 nəfərdir. 
 
Küveytin baş prokuroru bu şəxslər üçün İŞİD terror qruplaşmasına üzv olmaq və partlayış törətmək ittihamları üzrə, ən ağır cəzanın verilməsini istəyib. 
 
Növbəti məhkəmə iclasının çərşənbə axşamı keçirilməsi nəzərdə tutulub.

Google+ WhatsApp ok.ru