PKK-nın 2 bölgə məsulu Türkiyədə tutuldu

Suriyada İŞİD-ə qarşı döyüşən və qarşıdurmalarda yaralanıb müalicə üçün Türkiyəyə gətirilən PKK-nın 2 bölgə məsulu tutulub.
 
Maide.az-ın məlumatına görə, Diyarbəkir Təhlükəsizlik Müdirliyi Suriyanın Kobani şəhərində İŞİD terror təşkilatına qarşı döyüşdə yaralanan 2 nəfər PKK üzvünün müalicə məqsədi ilə Türkiyəyə gətirildiyi məlumatından sonra işə başlayıb. Qruplar təşkil etdikləri əməliyyatda terror təşkilatının Hakkari bölgə məsulu "Rızgar" kod adlı Salman Atəşi Diyarbəkirdə, Diyarbəkir bölgə məsulu "Sufi" kod adlı bir başqa adamı isə Şanlıurfada həbs edib.
 

Google+ WhatsApp ok.ru