Laziqiyyəyə xarici uçuşlar bərpa edilib

Beynəlxalq Səhər Kanalının Çin Xəbər Agentliyinə(Xinhua) istinadlı məlumatına görə, Suriyanın bəzi məntəqələrində təhlükəsizliyin təmin edilməsinin ardınca dünən Ukraynanın Autolux Airways şirkətinə məxsus Boeing-737 təyyarəsi Laziqiyyə liman şəhərində yerə enib. Bu uçuşun həyata keçirilməsi Suriyaya xarici uçuşların bərpasının birinci etapıdır və Kiyev ilə bu şəhər arasında həftəlik uçuşlarla davam edəcək. 
 
Autolux Airways şirkəti həmçinin Kiyevə getmək və bu şirkətin uçuşlarından yararlanmaq istəyən Ukraynadakı suriyalılar üçün xidmətlər nəzərdə tutub. Bundan öncə də Suriya hava yollarındakı bir rəsmi mənbə bildirmişdi ki, dost ölkələrin səyi ilə İraqın Nəcəf və Suriyanın Qamışlı məntəqələrinə ilk uçuşlar həyata keçirəcək.

 

Google+ WhatsApp ok.ru