Suriya ordusu Palmiranı geri almaq üçün hava hücumlarına başladı

Suriya Hava Qüvvələri 2 min illik tarixi olan Palmira şəhərinin İŞİD-dən geri alınması üçün əməliyyatlara başlayıb.
 
Maide.az xəbər verir ki, hava qüvvələri səhər saatlarından etibarən gün ərzində 15 hücum təşkil edib.
 
Hazırda şəhərin geri alınması üçün əməliyyatlar davam edir.
 
Hava qüvvələri Palmira ilə yanaşı Lazkiyə bölgəsinə də hücumlar təşkil edib.
 
Xatırladaq ki, Palmira şəhəri ötən həftə İŞİD tərəfindən işğal edilib.

Google+ WhatsApp ok.ru