İraq və Avropa İttifaqından İŞİD-ə qarşı birgə addım

İraq və Avropa Birliyi İŞİD terror təşkilatı ilə mübarizədə davamlı məlumat axını və qarşılıqlı məlumat mübadiləsinin təmin edilməsi üçün birgə kəşfiyyat mərkəzinin yaradılmasına qərar verib.
 
Maide.az xəbər verir ki, İraq Daxili İşlər Nazirliyi tərəfindən yayılan yazılı açıqlamada, "Aİ və İraqın ikitərəfli əməkdaşlıq çərçivəsində qurulacaq kəşfiyyat mərkəzi üçün tərəflər arasında razılıq əldə olunub. Sözügedən müqavilədə İraq Daxili İşlər naziri Məhəmməd əl-Gap və Aİ-dən gələn təhlükəsizlik heyəti arasında keçirilən görüş zamanı qərar verilib", - deyilir.
 
Açıqlamada fikirlərinə yer verilən Daxili İşlər naziri Gap, "Bu müqavilədə əhəmiyyətli olan əldə edilən qərarların həyata keçirilməsi və davamlı şəkildə qarşılıqlı informasiya və kəşfiyyat axınının yaranmasıdır" - söyləyib.
 
İraq və Suriyadakı bir çox terrorçunun Avropa ölkələrindən gəldiyinə diqqəti çəkən Gap, "Bölgədəki minlərlə terrorçu yüzdən çox ölkədən gəldi. Sözügedən şəxslərin inkişafını əngəlləmək də çox uğurlu olmadı. Tam əksinə, Türkiyə üzərindən İraq və Suriyaya keçidlərində asanlıq təmin olunub. Bu üzdən Birləşmiş Millətlər tərəfindən görülən təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi lazımdır", - deyib.

Google+ WhatsApp ok.ru