Livanda ABŞ-ın müdaxiləsini pisləyən etiraz mitinqi keçirilib

Livanda ABŞ-ın müdaxiləsini pisləyən etiraz mitinqi keçirilib

Beyrutda bu ölkənin Xarici İşlər Nazirliyinin qarşısında toplaşan yüzlərlə livanlı etirazçı, ABŞ və digər Qərb ölkələrinin Livanın daxili işlərinə müdaxiləsinə etiraz edib.
 
Maide.Az xəbər verir ki, Əl-Aləm telekanalının müxbirinin verdiyi məlumata görə, digər bir etiraz aksiyası da Beyrutun Mərkəzi Bankı qarşısında baş tutub.
 
Mərkəzi Bankın qarşısında toplaşan etirazçılar Mərkəzi Bank rəhbərinin ABŞ-ın xeyrinə casusluqda və ölkənin pulunu israf etməkdə ittiham olunmasını pisləyib və onun cəzalanmasını tələb ediblər.
 
Livanda yaşayış şəraiti, maliyyə və biznes korrupsiyası əleyhinə etirazların başlanmasından qırx gündən çox vaxt keçib.

Google+ WhatsApp ok.ru