Livanda milyon yarımdan çox Suriyalı qaçqın sığınacaq tapıb

Livanda milyon yarımdan çox Suriyalı qaçqın sığınacaq tapıb

 
Bu günə olan statistik məlumatlara görə Livanda 1,6 milyon Suriya vətəndaşı məskunlaşıb.  4
 
Maide.Az "islam-today"a istinadla xəbər verir ki, bu barədə Livan prezidenti Mişel Aun Böyük Britaniyanın Yaxın Şərq məsələləri üsrə müdafiə naziri  Con Lorimerlə görüşündə məlumat verib. 
 
Onun sözlərinə görə Livan bölgədə sabitliyi qorumaq üçün göstərilən təşəbbüsləri dəstəkləyir : 
 
“Suriyalı qaçqınların 318 mini öz ölkəsinə qayıdıblar.  Hazırda Livanda qalanların sayı isə  milyon yarımdan çoxdur.  Lakin bu göztərici hələ tam rəqəmləri əks etdirmir. Qaçqınların Livana axını zamanı onların hamısının qeydə alınması mümkün olmayıb”- deyə M.Aun bildirib .
 
 

Google+ WhatsApp ok.ru