London metrosunda anti-İsrail afişaları

London metrosunda  asılan afişaların üzərində sionist israil rejim əleyhinə müxtəlif şüarlar yazılıb xüsusi ilə “Aparteid böyüyür” şüarı yazılıb. 
 
Maide.az xəbər verir ki, London metrosunda  500 qatarın üzərində  quraşdırıılan bu afişaları 4 milyondan çox sərnişin görüb. 
Afişaların üzərində həmçinin İngiltərənin təhlükəsizlik  təşkilatının və BBC-nin işğal olunmuş Fələstin ərazilərində  fələstinlilərin ölümü ilə bağlı məqsəd yönlü xəbərlərini tənqid edən şüarlar da yazılıb. Bundan başqa afişaların üzərində İsrail rejiminin 2014-cü ildə Qəzzaya hücumları pislənilib. 
 
İsrailin aparteid  rejimi əleyhinə  qeyd olunan bu  həftə Tel-Əviv rejiminnin Qərb sahilində  qanunsuz qəsəbə siyasətlərinə etiraz məqsədi ilə keçirilir. Bu etiraz həftəsi  2005-ci ildən dünyanın müxtəlif  ölkələrində təşkil olunur. İnsanlar  İsrail rejiminin  Fələstin  xalqına qarşı törətdiyi cinayətləri pisləyirlər. 
 
İnsan haqları təşkilatlarının məlumatına görə, İsrail rejimi 2005-ci ildən indiyədək Fələstinin 400 hektar ərazisini  güclə işğal edib və İsraillilər üçün qəsəbə tikib.  BMT-nin məlumatına görə,  işğalçı İsrail rejiminin  bu siyasətləri nəticəsində minlərlə fələstinli evlərindən didərgin düşüb. 
 
Qeyd edək ki, London şəhər nəqliyyat təşkilatının sədri deyib ki, bu afişalar qanunsuz metroda yapışdırılıb və həmin afişaların toplanması istiqamətində işlərə başlanılıb. /

Google+ WhatsApp ok.ru