Məscid çökdü: 24 ölü (FOTO) 10 Sentyabr 2014 01:00 Dünya Pakistanın Lahor şəhərində məscid çöküb. Hanafiyyah adlı məscidin damının çökməsi zamanı 24 nəfər ölüb. Ölənlərin 15 və 35 yaş arasında olduqları məlum olub. Pəncab əyalətində baş verən hadisə günorta namazı qılındığı əsnada baş verib. Namaz qılan təxminən 40 adam dağıntı altında qalıb. Pakistanlı rəsmilər qəzanın səbəblərini araşdırdıqlarını bildiriblər. Hökumət dünyasını dəyişənlərin yaxınlarına 5 min dollar yardım edilməsi üçün təlimat verib. Qeyd edək ki, Pəncab əyalətində son günlər güclü musson yağışlarının yağması bir çox evin yararsız hala düşməsinə səbəb olub. Məscidin damının çökməsinə də həddindən artıq yağış yağmasının səbəb olduğu təxmin edilir. Teqlər : #Məscid çökdü: 24 ölü (FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejiminin bombardmanından sonra Qəzzadakı xarabalıq (VİDEO) Obama Suriyada İŞİD-ə qarşı hava zərbələrini elan etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO