Obama Suriyada İŞİD-ə qarşı hava zərbələrini elan etdi

Prezident Barack Obama İraqda və Suriyadakı  İŞİD-ə qarşı uzunmüddətli və hərtərəfli strategiyanı açıqlayıb.
Prezident deyib ki, Birləşmiş Ştatlar “öz dostları ilə birlikdə İŞİD kimi tanınan terrorçu qrupu məhv edəcək”.
Ağ Evdən etdiyi çıxışda ABŞ prezidenti israrlı şəkildə bildirib ki, İŞİD-ə qarşı hərbi əməliyyatlarda quru qoşunlarından istifadə olunmayacaq, əvəzində “davamlı hava zərbələri” endiriləcək.
Obama bəyan edib ki, hava zərbələri həm İraq, həm də Suriyadakı İŞİD qruplaşmasını hədəfləyəcək və regionda İŞİD-ə qarşı vuruşan qüvvələrə havadan zərbələrlə dəstək veriləcək.
“Bu qədər qan tökülməsinin şahidi olmuş bir regionda bu terrorçular öz qəddarlıqlarına görə təkrarsızdırlar. Onlar ələ keçirdikləri əsirləri edam edirlər. Onlar uşaqları öldürürlər. Onlar qadınları köləyə çevirir, zorlayır və nikaha məcbur edirlər – deyib Obama – onlar dini azlığı soyqırımı ilə hədələyiblər. Onlar vəhşilik aktı törədərək iki Amerika jurnalistini - Jim Foley və Steven Sotloff-u öldürüblər.”
Bununla belə, Obama aydınlıq gətirib ki, İŞİD özünü İslam Dövləti adlandırsa da, bu təşkilatın əsl İslamla heç bir əlaqəsi yoxdur.
Müharibələrdən narahat olan ictimaiyyəti əmin etmək üçün Obama deyib kli, “bu yeni hücum Əfqanıstan və ya İraq müharibələrinə bənzəməyəcək”.
O bildirib ki, bu anti-terror əməliyyatından məqsəd hava zərbələrindən və regiondakı partnyorların dəstəyindəm istifadə etməklə İŞİD-i mövcud olduğu bütün yerlərdə məhv etməkldir.
Barack Obama deyib ki, belə hərbi taktika bundan əvvəl Somalidə və Yəməndə uğurla həyata keçirilib.
Qeyd edək ki, ABŞ mətbuatı yazır ki, indi Konqresin prezidentə bu əməliyyatlarla bağlı yeni səlahiyyətlər verəcəyi gözlənilir. Bunlardan biri də ABŞ hərbçilərinin əcnəbi döyüşçüləri təlimləndirməsi üçün nəzərdə tutulan səlahiyyətdir.azadliq.org/

 

Google+ WhatsApp ok.ru