İsrail rejiminin bombardmanından sonra Qəzzadakı xarabalıq (VİDEO)

İsrailin Qəzzada 50 gün davam edən son əməliyyatından sonra baş verən dağıntılar havadan çəkilən görüntülərlə ortaya çıxıb. 
 
Maide.az-ın məlumatına görə, 8 iyul - 27 avqust tarixləri arasında İsrail rejiminin Qəzzaya qarşı əməliyyatlarında ən az 2100 fələstinli şəhid olub.
 
Qarşı tərəfin itkiləri isə 66 əsgər və 7 mülkü vətəndaş olub.
 
Fələstinli ailələr yavaş yavaş Qəzzaya dönür, ancaq son görüntülər geri dönənlərin həyatlarını yenidən qurmaq üçün çətin bir mübarizə aracağını göstərir.

Google+ WhatsApp ok.ru