İranla Rusiya viza barədə razılığa gəldi

İranla Rusiya arasında viza rejiminin asanlaşdırılması barədə memorandum imzalanıb.
 
Bu barədə Mehr Agentliyi məlumat yayıb. 
 
Qarşılıqlı anlaşma Ticarət Palatasının tövsiyəsi ilə iş adamlarına uzunmüddətli vizaların verilməsini və adi turistik vizalar haqda xahişlərin baxılma müddətinin qısaldılmasını nəzərdə tutur. 
 
Öncə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukiyev bildirmişdi ki, yaxın zamanlarda İrana neftin əvəzində buğda və sənaye mallarının verilməsinə başlanacaq. Ancaq bunun dəqiq vaxtı bəlli deyil. Rusiya və İran bundan əlavə, mili valyutalar əsasında qarşılıqlı hesablaşmalar aparmağı planlaşdırır.

Google+ WhatsApp ok.ru