İsveçrədə İslam Mərkəzinə molotovlu hücum

İsveçrənin Saint-Gall kantonunda yerləşən İslam Mərkəzinə bu gün səhər saatlarında naməlum şəxslər tərəfindən molotov kokteylli hücum təşkil edilib.
 
Maide.az xəbər verir ki, iki molotov kokteylinin düşdüyü mərkəzdə yanğın olub. Yanğın qısa müddət ərzinə hadisə yerinə gələn yanğınsöndürənlərin 1 saatlıq işləri nəticəsində söndürülüb.
 
Yanğının Mərkəzin kafesində baş verdiyi bildirilir. Hücum müsəlmanlar arasında narahatlığa səbəb olub. Polis qaçan təcavüzkarların tutulması üçün hərəkətə keçib. 

Google+ WhatsApp ok.ru