Məclisdə yumurtalı etiraz

Kosovo baş naziri İsa Mustafa dünən parlamentdə Kosovo ilə Serbiya arasında Brüsseldə imzalanan müqavilələrə dair danışdığı zaman müxalifət deputatlarının yumurta atəşinə məruz qalıb.
 
Maide.az xəbər verir ki, Mustafa televiziyadan canlı yayımlanan çıxışında ölkədəki serb azlığın bələdiyyə səlahiyyətlərini artıran müqavilədən danışırmış. Onu müxaliflərin yumurta atəşindən qorumaq üçün mühafizəçilər dərhal çətir açaraq, naziri zaldan çıxarıblar. 

Google+ WhatsApp ok.ru