Məscid qapısına `Türklər rədd olun` yazdılar

Yunanıstanın Gümülcinə şəhərindəki tarixi "Yeni Məscid"ə hücum təşkil olunub.
 
Maide.az xəbər verir ki, bazar içində yerləşən "Yeni Məscid"ə gecə keçirildiyi təxmin edilən hücumda, naməlum şəxs və ya şəxslər məscidin çöl qapısına qara boya ilə "Türklər rədd olun" yazılıb.
 
Səhər namazı üçün məscidə gələnlərin xəbər verməsindən sonra qapıdakı yazıların üstü məscid xidmətçiləri tərəfindən bağlanıb.

Google+ WhatsApp ok.ru