Qırğızıstanın müdafiə naziri barəsində cinayət işi başlanıb

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin anti-korrupsiya xidməti müdafiə naziri Abibilla Kudayberdıyevə qarşı xidməti vəzifəsindən sui-istifadə və dövlət əmlakının talanması ittihamları ilə cinayət işi açıb.
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
 
Antikorrupsiya Xidməti ilə Hərbi Prokurorluq tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində büdcə vəsaitlərinin qeyri-qanuni şəkildə istifadə edilməsini müəyyənləşdirən faktlar aşkar edilib. Araşdırmanın nəticələrinə görə, nazirliyin yüksək səviyyəli rəsmiləri “Əsgər quruluş” dövlət müəssisəsi vasitəsilə qeyri-qanuni şəkildə büdcədəki pulları şəxsi istifadə məqsədilə xüsusi firmalara ötürüblər. Faktla əlaqədar Qırğızıstan müdafiə naziri, nazirliyin yüksək səviyyəli rəsmiləri, eləcə də “Əsgər - Quruluş” müəssisəsinin bəzi işçilərinə qarşı xidməti səlahiyyətdən sui-istifadə, dövlət əmlakının talanması, saxtakarlıq maddələri ilə cinayət işi açılıb.
 
Prezidentin fərmanı ilə A. Kudayberdıyev vəzifəsindən uzaqlaşdırılıb. Hazırda istintaq davam etdirilir. /

 

Google+ WhatsApp ok.ru