Müəllimlərin sehrli maaş artımı…

Maide.az "Bizim yol"a istinadən xəbər verir ki, Təhsil Nazirliyi 9 minə yaxın müəllimin 500-1000 manat, 500-ə qədər müəllimin isə 1000 manatdan yuxarı əməkhaqqı aldığını açıqlayıb: «Təhsil Nazirliyi (TN) paytaxtın dövlət ümumtəhsil müəssisələrində çalışan 30 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı statistik göstəriciləri açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb.
 
Ölkədə 150 mindən artıq müəllim var. Qiymətləndirmə isə hələlik onların 1/5-ni əhatə edib. Əməkhaqqı artımından belə görünür ki, bilik və bacarıqları diaqnostik qiymətləndirilən müəllimlərin 1/3-i onu uğurla keçib, maaş artımı cəmi 9 min 441 nəfərə şamil olunub. 20 min 559 müəllimin maaşı 500 manatdan azdır. Bu, onların daha aşağı göstərici nümayiş etdirdikləri qənaəti yaradır. Dərs saatına gəldikdə isə, məvacibi artırılan müəllimlər həftədə 18 saat dərs keçirlər. Hər halda nazirlikdən mətbuata belə məlumat verilir».

Google+ WhatsApp ok.ru