Misir Qəzza sərhədinə yenə dəniz suyu vurdu

Rifahın cənubunda yerləşən tunellərin çoxu dəniz suyu vurularaq dağıdılıb

Misir ordusunun Qəzza sərhədindəki tunelləri dağıtmaq üçün yenidən dəniz suyu vurmağa başladığı bildirildi.
 
Maide.az xəbər verir ki, şahidlərin məlumatına görə, Misir ordusu dünən axşam Qəzza sərhədindəki Rifahın cənubundakı Səlahəddin, Əl-Bərazil, Salam, Yəbna, Zarub və Əl-Bərahimə məhəllələri bölgəsində yerləşən tunellərin çoxunu dəniz suyu vuraraq dağıdıb.
 
Tənəzzülə məruz qalan tunellərdən birində işləyən və adının çəkilməsini istəməyən fəhlə, Misir ordusunun yenidən dəniz suyu vurmağa başlaması nəticəsində işlədiyi tunelin bəzi hissələrində çökmələr əmələ gəldiyini söyləyib.
 
Fəhlə işlədiyi tunelin sionist rejimin blokadası səbəbilə Qəzzada olmayan malların Misirdən Qəzzaya keçirilməsində istifadə edildiyini və Misir ordusunun Sinada keçirdiyi əməliyyatlara görə uzun zamandan bəri işləmədiyini bildirib.
 
İsrail rejiminin blokadası altında olan Qəzzada demokratik seçki ilə hakimiyyətə gələn Həmasın rəhbərliyi götürməsindəın sonra, 2007-ci ildə Misir-Qəzza arasındakı Rifah Sərhəd Qapısı, ticarət keçidləri bağlanmışdı. İsrail rejiminin blokadası və sərhəd qapısının bağlanmasına görə fələstinlilər əsas ehtiyaclarını ödəmək üçün tunellərə yönəlmişdi.

Google+ WhatsApp ok.ru