Məleykə Abbaszadə: `Gələcəkdə TQDK ləğv oluna bilər` 29 Yanvar 2016 02:00 Elm, Təhsil “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyinin birləşməsi Azərbaycan prezidentinin səlahiyyətlərinə aid olan məsələdir”. APA-nın cənub bürosunun məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O, ölkədə struktur islahatlarının aparılmasına diqqət çəkib: "Müəyyən qurumlar birləşə, bəziləri ləğv oluna bilər. Ola bilsin ki, gələcəkdə TQDK da ləğv olunsun, ya da hansısa strukturun tabeliyinə verilsin. Dediyim kimi, bu, yalnız dövlət başçısının səlahiyyətində olan məsələdir”. Teqlər : #Məleykə Abbaszadə: `Gələcəkdə TQDK ləğv oluna bilər`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda daha çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? Ali və orta məktəblərə ərizələrin onlayn qəbul qaydaları dəyişib