Məktəblər 6 günlük dərs həftəsinə keçəcəkmi?

Ümumtəhsil məktəblərinin əksəriyyətində dərslər həftədə 5 gün keçirilir. Məlumdur ki, son illərə qədər orta məktəblərdə dərslər həftədə 6 gün keçilib.
 
Dərslərin 6 gündən 5 günə salınması öncə valideynlər tərəfindən yaxşı qarşılansa da sonradan şagirdlərin çox yüklənməsi ilə bağlı şikayətlər yaranmağa başlandı.
 
Eyni zamanda 5 günlük dərs həftəsində dərslərin izahı üçün vaxtın az olması da qeyd olunaraq şagirdlərin yeni bilikləri o qədər də yaxşı qavramadıqları bildirilir. Məhz bu səbəblərdən irəli gələrək gələn tədris ilindən ümumtəhsil məktəblərində 5 günlük dərs həftəsinin ləğv olunacağı və 6 günlük dərs həftəsinə keçiləcəyi qeyd olunur.
 
Təhsil Nazirliyi isə yayılan xəbərləri təsdiq etməyib.
 
Belə ki, Modern.az-ın sorğusuna cavab olaraq Nazirlikdən bildirilib ki, məktəblərdə 5 günlük dərs həftəsinin ləğvi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.  /

Google+ WhatsApp ok.ru