Məkkə nadir astronomik hadisənin şahidi olub

Dünən (cümə günü) 27 may tarixində Məkkə nadir astronomok hadisəyə şahidlik edib.

Maide.Az-ın məlumatına görə, nə zaman günəş  şaquli vəziyyətdə Kəbə evinin üzərinə düşürsə, onda günəş müqəddəs evin düz üzərində dayanır. Bu an kölgələr bir müddət yoxa çıxır.

Baş vermiş hadisə zamanı insanlar günəşə istiqamətlənərək, namazın dəqiq səmtini (qibləni) müəyyən edə bilirlər,- deyə Əl-Ərəbiyyə xəbər verir.

Kral Əbdül Əziz Mülhim bin Mühəmməd Hindi adına olan Astronomiya və Kosmos Elmləri Universtetinin üzvləri bildirirlər ki, günəşin düz kəbənin üzərinə düşməsi kimi nadir hadisə ildə iki dəfə baş verir. Bu il baş verən hadisə cümə günü ilə bahəm, cümə namazına da təsadüf edib.

"Bu kosmik hadisə insanlara günəşə baxmaqla yanaşı, kəbə evinin harada olmasını da çox asanlıqla müəyyən etməyə imkan verir.",-deyərək universitet işçiləri vurğulayıblar.

Google+ WhatsApp ok.ru