Məktəblərdə yekun qiymətlərin attestatlara yazılma vaxtı açıqlanıb

Məktəblərdə yekun qiymətlərin attestatlara yazılma vaxtı açıqlanıb

Təhsil müəssisələri tərəfindən buraxılış imtahanı nəticələrinin və Dövlət İmtahan Mərkəzi tərəfindən çıxarılmış yekun qiymətlərin dövlət nümunəli təhsil sənədinə yazılma vaxtı açıqlanıb.
 
Verilən xəbərə görə, 2016/2017-ci tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun qiymətləndirmə (attestasiya) ilə əlaqədar təsdiq edilən yeni təqvim planına əsasən, ümumtəhsil məktəblərində bu proses 10.07.2017-01.09.2017-ci il tarixlərini əhatə etməlidir. Peşə məktəblərində isə qiymətlərin təhsil sənədinə yazılması daha tez başlayır. 10.04.2017-ci il tarixdə başlayacaq proses 01.09.2017-ci tarixədək başa çatmalıdır. (apa) /

Google+ WhatsApp ok.ru