Məkkədə və Mədinədə 5G şəbəkəsi yaradılacaq 28 Fevral 2019 11:35 Dünya Səudiyyə Ərəbistanının Körfəz regionunda ən iri telekommunikasiya şirkəti olan “Saudi Telecom” ölkənin qərb və cənub-qərb rayonlarını, o cümlədən müsəlmanlar üçün müqəddəs sayılan Məkkə və Mədinə şəhərlərini əhatə edən yeni nəsil 5G yüksəksürətli rabitə şəbəkəsinin qurulması üçün Nokia şirkəti ilə müqavilə bağlayıb. Yüksəksürətli simsiz rabitə infrastrukturunun yaradılması layihəsi 2020-ci ilin sonunadək həyata keçirilməlidir. “Saudi Telecom”un işlər müdiri Nasser Əl-Nasser bildirib ki, Səudiyyə Ərəbistanı “Nokia” şirkəti ilə əməkdaşlıqdan çox məmnundur və bu layihə Krallığın regionda 5G şəbəkəsini tətbiq edən birinci ölkə olmaq arzusunun reallaşmasına kömək edəcək. /Azərtac / Teqlər : #Məkkədə,#və,#Mədinədə,#şəbəkəsi,#yaradılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pompeodan Hindistan-Pakistan insidentinə - Reaksiya UNICEF İspaniyada miqrant uşaqların müdafiə olunmamasını pisləyir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO