İmad Muğniyənin oğlu Cihad Muğniyə və bir neçə Hizbullah əsgəri şəhid olub

Hizbullah: Sionist rejimin hücumuna cavab verəcəyik

Sionist rejim  qüvvələri, Suriya torpaqlarındakı Hizbullah məntəqələrinə hücum edərək, aralarında yüksək rütbəlilərin də olduğu altı Hizbullah üzvünü şəhid edib.
Şəhid olanlar arasında  keçmiş Hizbullah liderlərindən olan İmad Muğniyənin oğlu Cihad Muğniyə də var.

Hizbullah bəyanat yayaraq şəhid olanların adlarını açıqlayıb. Şəhid olanlar arasında Hizbullah komandirlərindən Məhəmməd İsa Əbu İsa ,  Cihad İmad Muğniyə, Abbas İbrahim Hicazi, Məhəmməd Əli Həsən Əbul-Həsən,  Ğazi Əli Zavi və Əli Həsən İbrahim

İsrail sərhədi yaxınlığındakı Kuneytra bölgəsində Hizbullah əsgərlərinə vertolyotdan mərmilər atılıb.

Maide.az-ın məlumatına görə, Hizbullah elan edib ki, Sionist rejimin ötən günki hava hücumuna cavab verəcək.

Hizbullah elan edib ki, Hücumun metodunu və miqyasını hələlik açıqlamır. 

Bəzi beynəlxalq KİV-lər şəhid olanlar arasında İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) bir neçə komandiri olduğunu bildirirlər.  /


 

Google+ WhatsApp ok.ru