Maide.az-ın kitabxanasına 4 yeni kitab yüklənib

Maide.az-ın kitabxanasına 4 yeni kitab yüklənib

Maide.az-ın "KİTABXANA"sına 4 ədəd yeni kitab əlavə olunub. Kitablardan biri "İMAM MEHDİ (ə.f) HAQQINDA SUAL CAVAB" adlanır. Kitab İmam Mehdi (əc.) ilə tanışlığın Allahı tanımaq üçün ən gözəl vasitə və ən etibarlı yol olmasından bəhs edir. 
 
Digər kitab "NAMAZIN SİRRİ"dir. Namaz Allaha itaətin bir təzahürü olmaqla, Ona bəndəlik və ibadətin rəmzi sayılır. Yaradanın bəndəsi olan, bu bəndəliyi hiss edən, bilən və buna inanan, Ona itaətkar olan və qarşısında alnını torpağa qoyaraq səcdə edən, Allaha dua edən insan yeganə yaradanını əzəmətlə və paklıqla anır.
 
Üçüncü kitab "İSLAM DİNİNDƏ QADIN MƏSƏLƏSİ" adlanır. Kitabda Qurani-Şərifə istinadən islamiyyətdən qabaqkı dövrdə qadına olan cahil münasibət belə bir ayə ilə göstərilir: Anaya, müəyyən əşya qoyulmuş bir qab kimi baxırdılar. Ayrı bir ayədə verilir ki, hər hansı bir kişiyə qızı olması xəbərini versəydilər, həmin adamın hirsindən üzü qızarardı.
 
Təqdim etdiyimiz sonuncu kitab "CƏFƏRİ MƏZHƏBİ VƏ ƏSASLARI"dır. Bildirilir ki, İslam dini, ictimai qaydaları toplayan, insanlar arasında birliyi saxlayan, bir tərəfdən insanın öz nəfsini nəzarət altına almasını, o biri tərəfdən də fərdi cəmiyyətin faydasına verməyi əsas tutan bir dindir.

dim

Google+ WhatsApp ok.ru