Malayziyanın baş naziri: ‘Heç kimin Qüdsü sionistlərin paytaxtı etmək haqqı yoxdur’ 17 Dekabr 2018 14:01 Fələstin Malayziyanın baş naziri Mahathir Məhəmməd işğal edilmiş Qüds şəhərini Avstraliya tərəfindən İsrail rejiminin paytaxtı kimi qəbul etməsi qərarına sərt reaksiya verərək, heç bir dövlətin belə bir haqqa malik olmadığını deyib. Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Mahathir Məhəmməd Taylandın Ranqsit Universitetində fəxri doktor aldıqdan sonra verdiyi açıqlamasında, belə deyib: “Qüdsün bu vəziyyəti qalmalıdır. Heç bir dövlətin Qüdsün İsrail rejiminin paytaxtı olmasına və ya ikiyə bölünməsinə qərar vermək hüququna malik deyil. Qüdsü iki yerə bölüb, Qərbi Qüdsün İsrail rejiminin paytaxtı və Şərqi Qüdsün Fələstinin paytaxtı olmasını istəyən Avstraliyanın bu qərar və tələbi qəzəbi artıracaq”. Avstraliyanın baş naziri Skot Morrison ölkəsinin Qərbi Qüdsü İsrail rejiminin paytaxtı qəbul etdiyini bildirib, ancaq fələstinlilərlə sülh müqaviləsi olmadan Avstraliyanın səfirlik binasını Qüdsə köçürməyəcəyini söyləyib. Avstraliyanın qərarına reaksiya göstərən Malayziya Xarici İşlər Nazirliyi isə, bunun Fələstin xalqını təhqir olunması sayıldığını bildirib. Teqlər : #Malayziyanın,#baş,#naziri:,#‘Heç,#kimin,#Qüdsü,#sionistlərin,#paytaxtı,#etmək,#haqqı,#yoxdur’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail əsgərləri 17 yaşlı yeniyetməni güllələyərək öldürüb İsrail əsgərləri Habrunda məktəbləri qaz bombaları ilə atəşə tutublar
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar