İsrail əsgərləri Habrunda məktəbləri qaz bombaları ilə atəşə tutublar

İsrail əsgərləri Habrunda məktəbləri qaz bombaları ilə atəşə tutublar

Dünən işğalçı İsrail rejim qüvvələri Fələstinin əl-Xəlil (Habrun) şəhərinə daxil olaraq ətrafda qarışıqlıq yaradıblar, ibtidai və orta təhsil müəssisələrinə qaz bombaları atıblar.
 
Maide.Az "Felestin.info"a istinadən xəbər verir ki, əl-Xəlilin Səlaymə rayonuna daxil olan işğalçı əsgərlər burada hər hansı etiraz aksiyası, yaxud iğtişaş olmamasına baxmayaraq, ətrafa gözyaşardıcı qaz və titrəyiş bombaları atıblar.
 
Beynəlxalq Həmrəylik Hərəkatının əl-Xəlildəki fəalları işğalçı rejim əsgərlərinin təxribatçı davranışlarını videoya çəkiblər. Bildirilib ki, İsrail əsgərləri sakitliyin hökm sürməsinə baxmayaraq, 3 məktəbin yerləşdiyi küçə boyunca 5 dəqiqə içində 21 qaz bombası atıblar. Həmin məktəblər bunlardır: Habrun məktəbi, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) nəzdindəki Elementar Oğlan məktəbi və Xədicə məktəbi.
 
Həmin küçədə bunlardan başqa dörd məktəb də var. Bu vaxt ərzində əsgərlər divarın o tərəfindən yerləşən Habrun məktəbinin həyətinə üç ədəd sarsıntı qumbarası atıblar. Məktəb rəhbərinin bildirdiyinə görə, təhsil müəssisəsinin həyətinə ümumilikdə beş gözyaşardıcı qaz bombası atılıb. Bu vaxt yuxarı sinif şagirdləri dərsdə olublar. Bu səbəbdən 30 şagird və 5 müəllim zəhərli qazın təsirinə məruz qalıb.
 
Daha sonra işğalçı əsgərlər küçənin boş olmasına baxmayaraq, qaz bombaları atmaqda davam ediblər və yalnız sursatları bitdikdən sonra ərazini tərk ediblər. Küçələrdə qalmış və tədricən yayılan kimyəvi qazlar məktəblərə və evlərə doğru yayılıb.
 
Bildirilib ki, ötən ay bu məntəqədə 238 ədəd göyaşardıcı, 51 ədəd sarsıntı qumbarası atılıb.
 

Google+ WhatsApp ok.ru