İmam Baqirin (ə) şiələrə tövsiyəsi

İmam Baqirin (ə) şiələrə tövsiyəsi

İmam Baqir (ə) bəzi şiələrinə tövsiyə edərkən belə buyurmuşdur:
 
يا مَعشَرَ شيعَتِنا؛ اِسمَعوا وَافهَموا وَصايانا وعَهدَنا إلى أولِيائِنَا، اُصدُقوا في قَولِكُم، وبَرّوا في أيمانِكُم لِأَولِيائِكُم وأعدائِكُم، وتَواسَوا بِأَموالِكُم، وتَحابّوا بِقُلوبِكُم، وتَصَدَّقوا عَلى فُقَرائِكُم، وَاجتَمِعوا عَلى أمرِكُم، ولا تُدخِلوا غِشًّا ولا خِيانَةً عَلى أحَدٍ، ولا تَشُكّوا بَعدَ اليَقينِ، ولا تَرجِعوا بَعدَ الإِقدامِ جُبنًا، ولا يُوَلِّ أحَدٌ مِنكُم أهلَ مَوَدَّتِهِ قَفاهُ، ولا تَكونَنَّ شَهوَتُكُم في مَوَدَّةِ غَيرِكُم، ولا مَوَدَّتُكُم فيما سِواكُم، ولا عَمَلُكُم لِغَيرِ رَبِّكُم، ولا إيمانُكُم وقَصدُكُم لِغَيرِ نَبِيِّكُم، وَاستَعينوا بِاللّهِ وَاصبِروا، «إنَّ الأَرضَ لِلّهِ يورِثُها مَن يَشاءُ مِن عِبادِهَ والعاقِبَةُ لِلمُتَّقينَ»، وإنَّ الأَرضَ للّهِ يورِثُها عِبادَهُ الصّالِحينَ.
ثُمَّ قالَ: إنَّ أولِياءَ اللّهِ وأولِياءَ رَسولِهِ مِن شيعَتِنا: مَن إذا قالَ صَدَقَ، وإذا وَعَدَ وفى، وإذَا ائتُمِنَ أدّى، وإذا حُمِّلَ فِي الحَقِّ احتَمَلَ، وإذا سُئِلَ الواجِبَ أعطى، وإذا اُمِرَ بِالحَقِّ فَعَلَ. شيعَتُنا مَن لا يَعدو عِلمَهُ سَمعُهُ، شيعَتُنا مَن لا يَمدَحُ لَنا مُعَيِّبًا، ولا يُواصِلُ لَنا مُبغِضًا، ولا يُجالِسُ لَنا قالِيًا، إن لَقِيَ مُؤمِنًا أكرَمَهُ، وإن لَقِيَ جاهِلاً هَجَرَهُ. شيعَتُنا مَن لا يَهِرُّ هَريرَ الكَلبِ، ولا يَطمَعُ طَمَعَ الغُرابِ، ولا يَسأَلُ أحَدًا إلاّ مِن إخوانِهِ وإن ماتَ جوعًا. شيعَتُنا مَن قالَ بِقَولِنا وفارَقَ أحِبَّتَهُ فينا، وأدنَى البُعَداءَ في حُبِّنا، وأبعَدَ القُرَباءَ في بُغضِنا.
 
“Ey mənim şiələrim! Dostlarımıza olan tövsiyələrimizi eşidin və onları yaxşı dərk edin. Həmişə düz danışıb, dost-düşmənlərinizlə olan andınıza vəfa qılın, malınızla bir-birinizin köməyinə tələsin, bir-birinizi səmimi qəlbdən sevin, yoxsullarınıza sədəqə verin, öz işlərinizdə vəhdət və birliyi gözləyin, heç kimə xəyanət etməyin, yəqindən sonra şəkkə düşməyin (yəqin bildiyiniz şeydə şəkk-şübhə yaratmayın), (qəti) addımdan sonra qorxub geri çəkilməyin, dostluqda bir-birinizə arxa çevirməyin və özünüzdən qeyrisi ilə dostluq etməyə əsla meyilli olmayın, yadlara (düşməninizə) məhəbbət əli uzatmayın, yalnız Allaha görə çalışın, Peyğəmbərinizdən başqasına iman gətirməyin və etiqad da bəsləməyin, Allahdan kömək diləyin və səbir edin. “Şübhəsiz, yer üzü Allaha məxsusdur, bəndələrindən istədiyi hər kəsi ona varis edər. (Gözəl) aqibət təqvalılarındır.” Doğrudan da, yer üzü Allahındır və yalnız saleh bəndələrini ona varis edər.”
 
Sonra buyurdu: “Bizim şiələrimizdən Allahı və Peyğəmbərini həqiqətən sevənlər o kəslərdir ki, düz danışır, vədəsinə sadiqdir, əmanəti qoruyur, haqq yolda öhdəsinə aldığını başa çatdırır, ondan istənilən vacib haqqı ödəyir və haqqa əmr olunduqda, yerinə yetirir. Bizim şiəmiz odur ki, elmi qulağını ötməz (hər şeyi düşünüb araşdırar). Bizim şiəmiz o kəsdir ki, bizdə eyib arayıb-axtaranlara əhəmiyyət verməz (onları tərifləməz), bizə kin-küdurət bəsləyənlərlə əlaqə saxlamaz və onlarla oturub-durmaz, mömini gördükdə, ehtiram göstərər və nadanla rastlaşdıqda uzaqlaşar. Bizim şiəmiz o kəsdir ki, (çətinlik və müsibətlərdə) it kimi hürməz, qarğa kimi tamahkar olmaz və öz din qardaşlarından başqa heç kimə, hətta aclıqdan ölsə də, ehtiyac əlini uzatmaz. Bizim şiələrimiz dediklərimizə (əqidəmizə) etiqad bəsləyən, bizə görə (cahil) dostlarından kənarlaşan və ondan uzaqlaşan dostlarımıza isə yaxınlaşan, öz qohum-əqrəbaları içərisində bizə düşmən olanlardan ayrılanlardır.” (“Məcməuz-zəvaid”, c.9, səh.272, hədis 15007.)
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru