İmam Rzanın (ə) hərəmində Şeyx Zəkzəkiyə həsr olunmuş tədbir keçirildi - FOTO

İmam Rzanın (ə) hərəmində Şeyx Zəkzəkiyə həsr olunmuş tədbir keçirildi - FOTO

İmam Rzanın (ə) mütəhhər hərəmində Əl-Mustafa Beynəlxalq Universitetinin təşkilatçılığı ilə “Afrikanın İbrahimi” adlı tədbir keçirilib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Əl-Mustafa Beynəlxalq Universitetinin rektoru höccətül-İslam Əli Abbasi Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin etdiklərinin Afrika tarixindən silinməyəcəyini bildirib.
 
Höccətül-İslam Əli Abbasi Nigeriya hökumətinin Şeyx Zəkzəkiyə qarşı qeyri-insani və qanunsuz rəftarını qınayaraq, Şeyx Zəkzəkinin dərhal azad edilməsini və həyat yoldaşının və ona olan rəftarın düzəlməsini istəyib. 
 
Əl-Mustafa Beynəlxalq Universitetinin rəhbəri Şeyx Zəkzəki və həyat yoldaşının səhhətinin pis olması səbəbindən dünyanın harasında olursa olsun azad insanlardan bu açıq zülmə reaksiya verib, ədalətsizlik qarşısında qiyam etmələrinin gözlənildiyini qeyd edib.
 
Qeyd edək ki, İmam Rzanın (ə) mütəhhər hərəmində keçirilən tədbirə Şeyx Zəkzəkinin qızı Suheyla Zəkzəki də qatılıb.
 
 

Google+ WhatsApp ok.ru