Masallıda saxlanılan dindarlardan biri sərbəst buraxılıb -FOTO

Masallıda saxlanılan dindarlardan biri sərbəst buraxılıb -FOTO

Masallıda barəsində sutkalıq inzibati həbs cəzası çıxarılan dindarlardan biri cəza müddəti başa çatdığı üçün sərbəst buraxılıb. 
 
Maide.Az xəbər verir ki, Masallıda cümə namazından sonra öz ruhaniləri Şeyx Sərdar Hacıhəsənlinin qanunsuz həbs edilməsi ilə bağlı keçirdikləri dinc etiraz aksiyasında saxlanılan şəxslərdən İmadəddin Məhərrəmov cəza müddəti başa çatdığı üçün sərbəst buraxılıb. 
 
Qeyd edək ki, fevral ayının 24-də  dinc aksiyada saxlanılanlardan Həbibov Məhəmməd Əsgər oğluna 25 sutka, Rəhimov Salmana 15 sutka, Şahhüseynov Fizuliyə 15 sutka, İmadəddin Məhərrəmova 10 sutka inzibati həbs cəzası verilmişdir. 
 
 

Google+ WhatsApp ok.ru