Vəkil: Şeyx Sərdarın məhkəməsi bu gün baş tutmayacaq

Vəkil: Şeyx Sərdarın məhkəməsi bu gün baş tutmayacaq

Vəkil Cavad Cavadov həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin Apellyasiya Məhkəməsinin təxirə salındığını bildirib. 
 
Maide.Az xəbər verir ki, vəkil öz şəxsi səhifəsində bunları yazıb: "Sərdar Babayevin məhkəməsi bu gün baş tutmayacaq. Şirvan Apellyasiya Məhkəməsindən bildirdilər ki, etap məsələsində problem yaranıb. Vaxt barədə əlavə məlumat veriləcək".
 
Qeyd edək ki, bundan öncə vəkil bildirmişdi ki, mart ayının 6-da saat 14:30 Şirvan Apellyasiya Məhkəməsində namaz məhbusu Sərdar Babayevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Masallı rayon Məhkəməsinin 22 fevral 2017-ci il tarixli qərarından verdiyim apellyasiya şikayətinə baxılacaq.

 

Google+ WhatsApp ok.ru