MÜBARƏK RAMAZAN AYININ 5-Cİ GÜNÜNÜN DUASI

Ramazan ayı təqvimi və gündəlik duaları

Bakıda sübh azanı saat 03:24-də,  axşam azanı isə saat 20:27-dədir.

 

اَللّـهُمَّ اجْعَلْني فيهِ مِنْ الْمُسْتَغْفِرينَ، وَاجْعَلْني فيهِ مِنْ عِبادِكَ الصّالِحينَ اْلقانِتينَ، وَاجْعَلني فيهِ مِنْ اَوْلِيائِكَ الْمُقَرَّبينَ، بِرَأْفَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ

Duanın oxunuşu: Əllahumməc`əlni fihi minəl mustəğfirin, vəc`əlni fihi min ibadikəs-salihinəl qanitin, vəc`əlni fihi min əvliyaikəl muqərrəbin, birə`fətikə ya ərhəmər-rahimin.

Duanın tərcüməsi: İlahi, Öz məhəbbət və mərhəmətinlə məni bu gün tövbə və istiğfar edənlərdən qərar ver, məni təvazökar və saleh bəndələrinin sırasında yerləşdir, məni bu gün Sənə yaxın olan bəndələrindən təyin et, ey mehribanların ən mehribanı!

İFTAR DUASI

للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي

Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.

Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!

Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz

5-ci gün - 2 rukət (Hər rukətdə 1 Həmd, 50 İxlas)

Google+ WhatsApp ok.ru