Mübarək Ramazan ayında Ərəb ölkələrində tonlarla yemək zibilliyə atılır

Mübarək Ramazan ayında Ərəb ölkələrində tonlarla yemək zibilliyə atılır

Bir çox müsəlman ölkələrində müqəddəs Ramazan ayı zamanı yeməklərdən düzgün istifadə olunmur. 
 
Maide.Az xarici mediaya istinadən xəbər verir ki, bu tip yeməklər içində ən çox yer alan kəskin acı yeməklərdir. 
 
Ərəb ölkələrində kütləvi iftarlar zamanı çox yeməklər bişirilir, lakin onların hamısı yeyilmədiyindən israf olaraq zibilliklərə tökülür. Səbəb isə isti havalardır. Bişirilən yeməklər havanın hərarətindən tez xarab olur. 
 
Məlumat üçün qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində hər il 3,2 mln. ton yemək zibilliyə atılır.  Əgər, əvvəllər BƏƏ-də bu göstərici təxminən 30-40%  təşkil edirdisə, indi Ramazan ayında zibilliyə atılan yeməklərin sayı 55% -ə çatır.
 
Bildirək ki, bir çox din alimləri o cümlədən, Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei iftar süfrələrinin sadə olmasını tövsiyyə edib. O, bildirib ki, iftar süfrələrinin sadə olması, dəbdəbə və israfdan uzaq olması səfa və səmimiyyətə səbəb olar və bu, Ramazan ayının həqiqətinin dərk olunmasıdır. /

 

Google+ WhatsApp ok.ru