Mikayıl Cabbarov öz müşavirini xəlvətcə işdən azad edib...

Nazirin ən sevimli kadrlarından olan Hüseyn Əliyevin müəmmalı gedişi xeyli suallar doğurur

Təhsil Nazirliyindən maraqlı məlumat daxil olub. Nazir Mikayıl Cabbarov ən yaxın adamı olan müşaviri və həm də nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri əvəzi vəzifəsini icra edən Hüseyn Əliyevi tutduğu vəzifədən azad edib. 
 
Maraqlıdır ki, bu fakt mətbuatda işıqlandırılmayıb. Haqlı sual yaranır, necə ola bilər ki, hansısa bir rayonun kənd məktəbinin direktoru vəzifəsindən azad olunanda Təhsil Nazirliyi dərhal bu haqda məlumat yayır, ancaq nazirin müşavirinin tutduğu vəzifədən azad olunması haqqında məlumat KİV - lərdən gizli saxlanılır? 
 
Mənbə bildirir ki, Mikayıl Cabbarov Hüseyn Əliyevə çox böyük etmid göstərirmiş və demək olar ki, bütün komissiyaların işinə cəlb etməklə yanaşı və ona xüsusi səlahiyyətlər də veribmiş. Amma görünür, hələlik bizə bəlli olmayan hansısa səbəbdən etimad libiti sona çatıb və nazir özü gətrdiyi kadrdan imtina etmək məcburiyyətində qalıb...
 
İstənilən halda məlumatın KİV-lərdən gizlədilməsi cəhdləri hansısa müəmmaların mövcudluğundan xəbər verir.
 
Qeyd edək ki, Hüseyn Əliyev Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsini bitirib və nazirə müşavir təyin olunmamışdan əvvəl Mikayıl Cabbarova yaxın olan bir şirkətin rəhbəri vəzifəsində işləyib...(moderator)

Google+ WhatsApp ok.ru