Minada baş verən faciədə vəfat edən iranlı zəvvarların sayı 226 nəfərə çatıb

Minada baş verən faciədə vəfat edən iranlı zəvvarların sayı 226 nəfərə çatıb. Bunu İranın həcc və ziyarət təşkilatının sədri Səid Övhədi deyib. 
Maide.az xəbər verir ki,  S.Övhədi deyib ki, Məkkə şəhərindəki böyük morqlarında 1200 –dən çox cəsəd saxlanılır. “Həcc və Ziyarət Təşkilatının axtarış qrupu bu morqlara baxış keçirib, 169 zəvvarın cəsədini tapıblar. Bu cəsədlərin ölkəyə göndərilməsi üçün bütün qanuni prosedura görülüb və tezliklə onların cəsədləri İrana göndəriləcək”. 
S.Övhədi deyib ki, morqlara iki gün öncə Mina faciəsində həlak olanların cəsədlərini daşıyan soyuduculu 21 yük maşını daxil olub. “Həmin soyuduclu maşınlardan cəsədlərin boşaldılmasına ötən gündən başlanılıb. Bu yük maşınların hər birində ən azından 350 cəsəd var.”
S.Övhədi Səudiyyə Ərəbistan mətbuatının Mina faciəsini senzura etdiyini bəyan edib. “21 yük maşını morqlara girməmişdən öncə burada olan cəsədlərin sayı 1200 nəfər idi.Bu yük maşınlarında da təqribən 3 min zəvvarın cəsədi var. Belə nəzərə çarpır ki, ölənlərin sayı 4700 nəfərə kimi çatacaq. Səudiyyə Ərəbistan KİV-lərinin açıqladığı rəqəmlər düzgün deyil, faciənin ciddiliyi Səudiyyə Ərəbistan KİV-lərinin açıqladığı rəqəmlərdən daha böyük və çoxdur”. 
Onun sözləriə görə, indiyə kimi Mina faciəsində ölən iranlı zəvvarların sayı 226 nəfər, itgin düşən zəvvarların sayı 248 və yaralıların sayı isə 27 nəfərdir. “İtgin düşənlərin axtarışı davam edir, lakin ehtimal olunur ki, ölənlərin sayı daha çox olacaq. Çünki Məkkə, Ciddə, Ərəfat və Minadakı bütün xəstəxanalardakı axtarışlarımız nəticəsiz olub”
Qeyd edək ki, bundan öncə bu faciədə 131 iranlı zəvvarın öldüyü,  60-nın yaralandığlı və  395 zəvvarın isə itgin düşdüyü elan olunmuşdu. /
 

Google+ WhatsApp ok.ru