Taliban qruplaşması Qunduz əyalətində bir neçə dövlət əhamiyyətli obyekti ələ keçirib

Əfqanıstanın Qunduz əyalətində Taliban terror qruplaşması ilə hökumət qüvvələri arasında qarşıdurmalar səngimir.  
Maide.az xəbər verir ki,  Taliban terror qruplaşmasının üzvləri  Qunduz əyalətində bir neçə dövlət əhəmiyyəti binanı və mərkəzi həbsxananı ələ keçirib. 
Məlumatda bildirilir ki, Qunduz əyalətində daha bir neçə dövlət əhəmiyyətli bina terrorçular tərəfindən mühasirədədir. 
Deyilənə görə, hazırda təhlükəsizlik qüvvələri ilə Taliban qruplaşması arasında qarşıdurmalar Qunduz əyalətinin hava limanında aparılır. 
Qeyd edək ki, Taliban qruplaşmasının üzvləri 3 istiqamətdən Qunduz əyalətinə hücumlar təşkil ediblər. Cari il ərzində bu ikinci dəfədir ki, Taliban terror qruplaşmasının üzvləri Qunduz əyalətinə hücum edir. Taliban bundan öncəki hücumda da Qunduz əyalətinin bir neçə mövqeyi ələ keçirsədə onu quruyub saxlaya bilməmişdi.  /
 
 

Google+ WhatsApp ok.ru